EN

Fənərbaxça İstanbul derbisində qalib gəldi

ain.az, Sia Az portalına istinadən məlumat verir.

Futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda derbi matçı keçirilib. SİA xəbər verir ki, “Fənərbağça” evdə “Beşiktaş”ı qəbul edib. Görüş “sarı-lacivərdlilər”in minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qola Kərəm Aktürkoğlu imza atıb. O, 90+11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 63-ə çatdıran "Fənərbağça" turnir cədvəlində 2-ci, “Beşiktaş” isə 52 xalla 4-cü sırada yer alıb.

Mətləb

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
3
sia.az

7Sources