Qara dənizdə, Anapadan 32 kilometr cənub-şərqdə 3,7 bal gücündə zəlzələ qeydə alınıb.
Publik.az xəbər verir ki, Krasnodar diyarının əməliyyat qərargahı bu barədə "Telegram" hesabında məlumat yayıb.
Məlumata görə, zəlzələ 10 kilometr dərinlikdə baş verib. Tələfat və dağıntı olmayıb, sakinlərdən heç bir şikayət daxil olmayıb.