EN

Türkiyə Superliqası: “Fənərbağça” “Beşiktaş”ı məğlub edib

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda derbi matçıkeçirilib.

Trend xəbər verirki, “Fənərbağça” evdə “Beşiktaş”ı qəbul edib və minimal hesablıqələbə qazanıb – 1:0.

Yeganə qola Kərəm Aktürkoğlu imza atıb, o, 90+11-ci dəqiqədəpenalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra “Fənərbağça” xallarını 63-ə çatdıraraq 2-ci,“Beşiktaş” isə 52 xalla 4-cü sırada qərarlaşıb.

Chosen
46
az.trend.az

1Sources