EN

Tramp NATO-dan İrana qarşı əməliyyata qoşulmağı xahiş etməklə alyansı sınadığını deyib

Vaşinqtonun Şimali Atlantika Alyansı üzrə tərəfdaşlarına İrana qarşı hərbi əməliyyata qoşulmaq barədə çağırışı Amerika rəhbərliyi tərəfindən NATO-nun sınağa çəkilməsindən başqa bir şey deyildi.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "ABC" telekanalına müsahibəsində bildirib.

"Mən bunu bir sınaq kimi etdim. Buna ehtiyacım yoxdur, elə deyilmi? Onlar [NATO] - kağız pələngdir, onların gəmiləri yoxdur, ümumiyyətlə, heç nələri yoxdur", - telekanalın müxbiri Reyçel Skott "X" sosial şəbəkəsində Amerika Prezidentindən sitat gətirib.

Daha əvvəl Tramp bildirmişdi ki, ölkənin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirir. Amerika lideri öz qərarını alyansın İsrail və ABŞ-nin İrana qarşı kampaniyasına qoşulmaması ilə izah edib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

"Cebheinfo.az"

Chosen
4
4
cebheinfo.az

10Sources