EN

SENSASİYA! ABŞ Çinlə MÜHARİBƏYƏ başlayır? – ŞOK məlumatlar AÇIQLANDI

Çinin bəzi özəl şirkətlərinin, o cümlədən Çin Xalq Azadlıq Ordusu (PLA) ilə sıx əlaqələri olan müəssisələrin İrana kəşfiyyat məlumatları satdığı məlum olub.

“The Washington Post” nəşrinin yaydığı məlumata görə, bu şirkətlər açıq mənbələrdən əldə edilən nəhəng məlumat bazalarını analiz etmək üçün qabaqcıl süni intellekt texnologiyalarından istifadə edirlər.

NOCOMMENT.az xəbər verir ki, söhbət ABŞ ordusunun bölmələrinin hərəkət istiqamətlərinin monitorinqindən gedir. Çinli analitiklər uçuşların izlənilməsi (tracking), kommersiya peyk görüntüləri və digər ictimaiyyətə açıq resurslardan istifadə edərək ABŞ qoşunlarının Yaxın Şərqə köçürülməsini addım-addım təsvir ediblər. Xüsusilə İrana qarşı genişmiqyaslı əməliyyatlar başlamazdan əvvəl amerikalı hərbçilərin regiondakı dislokasiyası barədə detallı hesabatların Tehran rejiminə ötürüldüyü bildirilir.

Hesabatların kifayət qədər təfərrüatlı olmasına baxmayaraq, amerikalı ekspertlər bu məlumatların kritik əhəmiyyətinə şübhə ilə yanaşırlar. Onların fikrincə, açıq mənbələrə əsaslanan bu kəşfiyyat məlumatları hərbi əməliyyatların gedişatını köklü surətdə dəyişmək gücündə deyil, lakin Pekinin Tehranla hərbi-texnoloji əməkdaşlığının hansı səviyyədə olduğunu bir daha sübut edir.

Sara

NOCOMMENT.az

Chosen
47
nocomment.az

1Sources