EN

Tramp müharibə ilə sınağa çəkdiyi NATO-nu ƏLƏ SALDI

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, blok ölkələrini "yoxlamaq" üçün NATO-dakı müttəfiqlərinə İranla münaqişədə iştirak etmək xahişi ilə müraciət edib.

Publika.az xəbər verir ki, bu barədə ABC teleşirkəti məlumat yayıb.

Bildirilib ki, Şimali Atlantika Alyansı "gəmisi olmayan" bir "kağız pələngdir".

ABŞ Prezidenti həmçinin əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin blokun üzvü olan dövlətlərdən qətiyyən qorxmur.

İsrail və ABŞ-ın İranla münaqişəsində gərginlik fevralın 28-dən bəri davam edir. İran dəfələrlə İsrailə, eləcə də Yaxın Şərqin bir çox ölkələrinə, o cümlədən Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanına hücum edib. İran rəsmiləri hücumların hədəfinin Amerika hərbi bazaları olduğunu iddia ediblər. Onlar həmçinin Türkiyənin hücuma məruz qalmasını təkzib ediblər.

Chosen
19
43
publika.az

10Sources