İngiltərə FA Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, son matç Londonda baş tutub.
"Vest Hem" "Lids Yunayted"lə qarşılaşıb. İlk hissə qonaqların üstünlüyü ilə keçib.
İkinci yarıda "sarı-göylər" fərqi iki topa çatdırıb. Lakin oyunun sonu dramatik alınıb. "Çəkicdöyənlər" 90+3 və 90+6-cı dəqiqələrdə vurulan qollarla bərabərliyə nail olub.
Matçın əlavə vaxtında hesab dəyişməyib. Penaltilər seriyasında daha dəqiq olan "Lids" adını növbəti mərhələyə yazdırıb - 4:2.
“Real” “Malyorka” ilə bacarmadı
“Kasımpaşa”nın qolkiperi fərqləndi: QAPIDAN-QAPIYA QOL
“Real”dan vacib qələbə
“Siti” “Arsenal”ı məğlub etdi
“Tottenhem”dən antirekordun təkrarı