Bu gün ABŞ prezidenti Donald Tramp İrandan Hörmüz boğazını aprelin 7-ə qədər açmasını tələb edib.
"Unikal" xəbər verir ki, bununla bağlı, Tramp özünün “Truth Social” platformasında paylaşım edərək yazıb:
"Çərşənbə axşamı İranda Elektrik Stansiyaları Günü və Körpü Günü olacaq. Belə bir şey heç vaxt olmayıb!!! Lənətə gəlmiş Hörmüz boğazını açın, dəli alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız - sadəcə izləyin! Allaha həmd olsun".