EN

Futzal millimiz təlim-məşq toplanışına başladı

Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Futzal Federasiyasından Publika.az-a verilən məlumata görə, yığma üzvləri səhər və axşam olmaqla, günü iki məşqlə başa vurublar.

Komanda aprelin 7-dək hazırlığı Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.

Chosen
46
7
publika.az

8Sources