EN

Məktəbli qız yeni növ asfalt icad etdi FOTO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qazaxıstanın Abay vilayətində təhsil alan 10-cu sinif şagirdi yeni növ asfalt hazırlamaq üsulunu tapıb.

Avtosfer.az xəbər verir ki, Arujan Kabdulmaratova plastik tullantılarından ekoloji asfalt örtüyü hazırlayıb. 3 ildir ixtirası üzərində işləyən məktəbli qızın hazırladığı texnologiya bütün növ plastik tullantılarını emal edərək asfaltın tərkibinə qatmağa imkan verir.

Sınaqlar zamanı məlum olub ki, yeni tərkibli plastik sayəsində asfaltın keyfiyyəti və sərtliyi artıb. Bu cür asfalt ənənəvi yol örtüyündən daha çox - 18 ilədək xidmət edə bilər. Əlverişli şəraitdə bu müddət 25 ilə çata bilər. Ən əsası isə, yeni tərkibdə asfaltın maya dəyəri kifayət qədər aşağıdır.

Yeniyetmə qız hazırda yol örtüyünün keyfiyyətini yoxlayan proqram təminatı üzərində işləyir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
60
avtosfer.az

1Sources