EN

Ayın ən yaxşı oyunçusu seçildi

İngiltərə premyer-liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı futbolçu martda çempionatın 4 oyununda iştirak edib. Bruno bu matçlarda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ayın ən yaxşı oyunçusu adı uğrunda Entoni Qordon (Nyukasl), Aleks İvobi (Fulhem), David Raya (Arsenal), Ceyms Qarner (Everton), Denni Uelbek (Brayton) və Morqan Gibbs-Uayt (Nottingem Forest) da mübarizə aparırdı.

Chosen
15
2
football-plus.az

10Sources