EN

Zelenskinin Suriyaya səfərində diqqətçəkən detal

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski Suriyaya səfər edib.

Globalinfo.az xəbər verir ki, səfər zamanı diqqət çəkən maraqlı məqamlardan biri nəqliyyatla bağlı olub.

Belə ki, Zelenski Suriyaya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məxsus təyyarə ilə yollanıb. Bu detal rəsmi səfərin siyasi və diplomatik baxımdan əhəmiyyətini bir daha ön plana çıxarıb.

Qeyd olunur ki, bu addım Ankara ilə Kiyev arasında yüksək səviyyəli münasibətlərin və qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilir. Eyni zamanda, Türkiyənin regionda vasitəçi və dəstəkçi rolunu davam etdirdiyini nümayiş etdirir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
globalinfo.az

1Sources