EN

DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirib.

AzEdu.az xəbər verir ki, imtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.

Aprelin 6-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Chosen
17
10
azedu.az

10Sources