EN

Neftçi Premyer Liqanın XXVI turunda Sumqayıt ı məğlub edib

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXVI turunda "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Ağ-qaralar"ın qollarını Freddi Varqas (36-pen), İfeanyi Metyu (65) və Vensan Abubakar (89) vurublar. Ev sahiblərinin heyətində isə Nikola Ninkoviç (53) fərqlənib.

"Neftçi" 40 xalla 5-ci, "Sumqayıt" 32 xalla 7-ci sırada yer alıb.

Qeyd edək ki, turun açılış matçında "Qəbələ" "Kəpəz"i (2:0) məğlub edib. Tura aprelin 7-də yekun vurulacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
11
cebheinfo.az

10Sources