EN

Araz Ağalarovdan rus jurnalistə "Çaykovski" dərsi: "Bazarda kələm turşusu satan rus da..." - VİDEO

Rusiyada miqrantlara münasibət fonunda illər əvvəl səslənmiş polemik fikir yenidən informasiya məkanında müzakirəyə çıxarılıb. Söhbət “Crocus Group”un təsisçisi, azərbaycanlı milyarder Araz Ağalarov ilə rus jurnalist Dmitri Dubrov arasında illər öncə baş tutmuş dialoqdan gedir.

Belə ki, jurnalistin Rusiyadakı azərbaycanlılarla bağlı təxribatçı sualına Araz Ağalarov onu susduracaq cavab verib.

Musavat.com xəbər verir, jurnalist "Gənc azərbaycanlı Rusiyaya ancaq qazanc dalınca gedir. O, ora Böyük Teatrda "Knyaz İqor" tamaşasına baxmağa yox, pul qazanmağa gedir. Bu səbəbdəndə də Həştərxandakı, Saratovdakı, Rostov-na-Dondakı, Moskvadakı, Leninqraddakı rus insanı onun üçün "Canlı bankomatdır. Ona münasibəti də elə pul mənbəyi kimidir. Sanki o mənbədən pul çıxarmaq üçün sadəcə burun, qulaq, alın, göz nahiyəsindəki "interfeys düymələrini" sıxmaq kifayətdir. Vəssalam.

Belə bir insan nə Stravinski, nə Nijinski, nə də rus xalqının dini-etik həyat tərzi haqqında bilmək istəmir. Bu belədir, yoxsa yox" - deyə sual edib.

Ağalarov isə ona cavabında "Əlbəttə, elədir. Məsələ burasındadır ki, bazarda kələm turşusu satan ruslar da Çaykovskiyə qulaq asmırlar. Bəli, belədir...Nə gözləmək olar? Bilirsiniz, əgər ölkəni böyük şirkətlə müqayisə etsək, həm böyük şirkətdə, həm ölkədə nə vacibdir? Gərək böyük bir orkestrin drijoru olasan ki, hər kəsdən nəsə əldə edə biləsən.

Əgər insan buraya (Rusiyaya) gəlibsə, o, sizdən mənzil tələb etmir, elə deyilmi? O, artıq haradasa işləyir. Birincisi, o, işçi qüvvəsidir. İkincisi, siz ondan necə gəlir əldə edə biləcəyinizi düşünməlisiniz.

Müqayisə edirlər ki, baxın, Parisdə, Londonda nə baş verdi. Bax, əgər Rusiyanın uzaq şərqini çinlilər tutsa, Paris və London Rusiya Federasiyasının gələcək perespektivi olacaq. Sözün yaxşı mənasında, yəni təcavüz yolu ilə deyil. Sadəcə məskunlaşaraq oranı tutsalar.

Bax, bu olacaq Paris və London. Hələ ki, bura elə insanlar gəlir ki, onların valideynləri sovet məktəblərində oxuyub, onlar mental olaraq hazırdılar. Başa düşürsünüz, hazırdılar. Bununla mübarizə aparmaq axmaqlıqdır" - deyə cavab verib.



Şahanə Rəhimli
Musavat.com

Chosen
24
50
musavat.com

10Sources