Sosial şəbəkədə İran və ABŞ hərbçiləri arasındakı döyüş toqquşmasını əks etdirən video yayılıb.
Publika.az xəbər verir ki, bu barədə "SHOT" Telegram kanalı məlumat yayıb.
Söhbət aprelin 3-də vurulmuş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15" qırıcısının ikinci heyət üzvünü xilas etməyə çalışan amerikalı hərbçilərin İslam Respublikası ərazisində olduğu andan gedir.
Bundan əvvəl bildirilmişdi ki, Birləşmiş Ştatların xüsusi təyinatlıları cari həftədə İran ərazisi üzərində vurulmuş "F-15" qırıcısının ikinci heyət üzvünü tapıblar. Məhv edilmiş "F-15"-in heyət üzvü cəbhə xəttinin arxasında, İran dağlarında olub.