EN

Əfqan Sadıqov Azərbaycana deportasiya edilib - YENİLƏNİB-2

Əfqan Sadıqov Azərbaycana deportasiya edilib.

Bu barədə APA-ya onun vəkili Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, Əfqan Sadıqov ölkəyə gətirilib və Dövlət Miqrasiya Xidmətində dindirilib:

O qeyd edib ki, Əfqan Sadıqov günün ikinci yarısında sərbəst buraxılıb.

***

11:32

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə nəzərdə tutulan hüquq pozuntusunu törətməkdə təqsirli bilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Sadıqov sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2000 lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya olunması, 3 il müddətinə ölkəyə giriş qadağası tətbiq olunması barədə qərar qəbul edilib.

Məhkəmə Daxili İşlər Nazirliyinin nümayəndələrinin mövqeyini, həmçinin Sadıqovun 62 dəfə müxtəlif inzibati hüquq pozmaları etdiyini nəzərə alıb.

"Bunlara toplantı və mitinq qaydalarının pozulması da daxildir və bu səbəbdən o, artıq iki dəfə inzibati həbs cəzası çəkib" məlumatda belə qeyd olunub.

Gürcüstan DİN qeyd edib ki, qərar qəbul olunarkən Azərbaycan hüquq-mühafizə orqanlarının Əfqan Sadıqovla bağlı təhlükəsizlik narahatlıqlarına dair təqdim etdiyi məlumatlar da nəzərə alınıb.

"Azərbaycan Respublikası son illərdə cinayət işi üzrə axtarışda olan Əfqan Sadıqovun ekstradisiyasını tələb edib. Lakin Strasburqda yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə Gürcüstana müvəqqəti tədbir tətbiq olunmuş və Sadıqovun Azərbaycana verilməsi qadağan edilmişdi. Buna görə Gürcüstan tərəfi onun ekstradisiyasından imtina edib. Bir neçə gün əvvəl isə Gürcüstan tərəfi rəsmi mənbələr vasitəsilə məlumat alıb ki, Azərbaycan Prokurorluğu öz səlahiyyətindən istifadə edərək həmin cinayət işi üzrə təqibi dayandırıb. Buna uyğun olaraq Gürcüstanda da bütün ekstradisiya prosedurları dayandırılıb.

Eyni zamanda Sadıqov inzibati hüquq pozuntusu törədib və bu pozuntu cərimə ilə yanaşı, Gürcüstandan çıxarılma və ölkəyə giriş qadağasını da nəzərdə tutur. Bu səbəbdən o, mənşə ölkəsinə deportasiya olunub və Gürcüstana girişinə 3 il müddətinə qadağa qoyulub" deyə, məlumatda yazılıb.

***

10:40

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovu Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində (sosial şəbəkədə polis əməkdaşını təhqir etmə) nəzərdə tutulmuş əməli törətdiyinə görə qanun pozucusu kimi tanıyıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 2 min lari məbləğində cərimə olunub, Gürcüstandan deportasiya edilib və onun 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulub.

***

10:11

Tbilisi polisi ötən gün gecə saatlarında Əfqan Sadıqovu saxlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, ona qarşı qarşı sosial mediada polis əməkdaşını təhqir etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə iş qaldırılıb.

Əfqan Sadıqov məhkəmə qarşısına çıxarılacaq və şifahi dinləmədə inzibati xətanın törədilməsi faktı təsdiqlənərsə, müvafiq cəzanın tətbiqi müzakirə ediləcək.

DİN xatırladıb ki, Əfqan Sadıqov aksiya və nümayişlərin keçirilmə qaydalarının pozulması da daxil olmaqla, müxtəlif növ qanun pozuntularına görə 62 dəfə iznibati məsuliyyətə cəlb edilib və artıq iki dəfə inzibati həbs cəzası alıb.

Vəkil Tamta Mikeladzenin yaydığı məlumata əsasən, məhkəmə Əfqan Sadıqovun Azərbaycana deportasiyası haqqında qərar qəbul edib.

Chosen
10
10
apa.az

10Sources