Azov dənizində buğda yüklü "Volqo-Balt" tipli gəmi batıb.
Redaktor.az-ın xəbərinə görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb.
Gəmini tərk edən ekipaj üzvləri Xerson bölgəsinin sahillərinə çata bilib.
Sahildə Rusiya vətəndaşı olan doqquz ekipaj üzvütapılıb.
1991-ci il təvəllüdlü bir nəfər ölüb, daha iki ekipaj üzvünün yeri məlum deyil.