EN

Bir marşrutun hərəkət sxemi dəyişdirildi

53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə (Cavidan İbrahimli küçəsi) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 53 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən, marşrutun hərəkəti Badamdar qəsəbəsi - metronun "Elmlər Akademiyası" stansiyası - "Azneft" dairəsi - 20-ci sahə istiqamətində təşkil olunub.

Chosen
16
28
far.az

10Sources