EN

Gecə saatlarında evinə çağırıb 3 bıçaq zərbəsi ilə öldürdü – Həmin qətlin detalları

Şəmkirdə baş verən qətlin təfərrüatları məlum olub.

NOCOMMENT.az xəbər verir ki, rayonun Kür qəsəbəsində baş verən hadisə zamanı qətlə yetirilən 19 yaşlı Ramal Quliyevlə hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadə arasında qısqanclıq zəmnində mübahisə düşüb.

Hadisəni törədən yeniyetmə gecə saatlarında mərhum R.Quliyevə zəng edərək evlərinə çağırıb.

Bu zaman tərəflər arasında mübahisə başlayıb və yeniyetmə 19 yaşlı gənc oğlana 3 bıçaq zərbəsi vurub. R.Quliyev hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırmalar davam edir.\\“Qafqazinfo”

Chosen
4
3
nocomment.az

4Sources