Bakı. Trend:
Güclü meşə yanğınları və daşqınlardan sonra bərpa ilə bağlıtəşəbbüsləri dəstəkləmək məqsədilə Yunanıstan hökuməti cari ilinyanvar ayından qüvvəyə minən yeni mənzil vergisi tətbiq edib.
Trend-inməlumatına görə, bu barədə yunan mətbuatında xəbər verilib.
“İqlim dəyişikliyinə qarşı dayanıqlıq vergisi” ölkəyə gələrəkoteldə qalmaq üçün ödəniş etməli olan turistlər üçün nəzərdətutulub. O yalnız mart ayından oktyabr ayına qədər davam edənturist mövsümünün ən pik vaxtında tutulacaq. Vergi dərəcələri birgecəyə 1 avrodan 4 avroya qədər dəyişir, üstəlik ödənişin miqdarımənzilin reytinqindən asılıdır.
Qeyd edək ki, bu vergilər istirahət üçün turist operatorları vəagentləri tərəfindən təqdim edilmiş qiymətlərə daxil edilməyib.Səyahətçilər onları otellərdə yerli valyuta ilə ödəməliolacaqlar.