EN

27 yaşlı gənc selin qurbanı oldu

Qusar rayonunda bədbəxt hadisə baş verib.

Publika.az-ın məlumata görə, hadisə bu gün günorta saatlarında rayonun Gündüzqala kəndi ərazisindən keçən Quru çayda qeydə alınıb.

Belə ki, kənd sakini, 27 yaşlı Faiq Fərid oğlu Rəsulovu qəfil yaranan sel suları aparıb.

İlkin məlumata əsasən, son günlər müşahidə olunan yağıntılı hava şəraiti nəticəsində çayda suyun səviyyəsi kəskin artıb və bu da faciəyə səbəb olub.

Chosen
8
2
publika.az

4Sources