EN

Azərbaycan “AGF Trophy”də daha iki medal əldə edib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı 5 aprel, AZƏRTAC

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan təmsilçisi Fidan Qurbanlı top proqramında gümüş, Gövhər İbrahimova isə halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.

Daha əvvəl Azadə Atakişiyeva lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin topla hərəkətlərin icrasında ikinci olub.

Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş medala yiyələnib.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun vurulacaq.

Müxbir - Cavid Əliyev

Foto - İlkin Cavanşirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
15
azertag.az

10Sources