EN

Çilov adasında buraxılış imtahanının vaxtı dəyişdirilib

ain.az, Apa.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

DİM-dən APA-ya verilən xəbərə görə, mövcud hava şəraiti ilə əlaqədar Çilov adasına helikopter uçuşu və gəmi ilə gedişlər təxirə salındığı üçün oradakı imtahan vaxtı da dəyişdirilib.

Bildirilib ki, imtahan tarixi dəqiqləşəndə həmin şagirdlərə (3 nəfər) məlumat veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
3
apa.az

10Sources