EN

Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Tarixi ədalət mərhələ-mərhələ öz yerini tapir. İnsanların qanına susayan, onları saxta və mifik ideyalarının həyata keçməsi naminə öz dogma torpaqlarından didərgin salanlar vaxtı ilə etdiklərinin bədəlini ödəmək, həmin qondarma ideyaları ilə həm də öz xalqlarına, dövlətlərinə zərbə vuranlar cəhənnəmə vasil olurlar. Necə ki, Zori Balayan kimi. Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından və "Miatsum" ("birləşmə") şüarının müəlliflərindən biri olan Zori Balayan nəhayət ki, öldü. Körpə qatili, Türk dünyasının düşməni olan Balayanın ölümü əslində tək bizim üçün yox, həm də sivil dünya, bəşəriyyət üçün saxta ideyalardan, mifik təfəkkürdən, ən əsası qandan, ölümdən qurtuluş, xilas sayılmalıdır. Çünki Qarabağ Müharibəsinin meydana gəlməsi ilə on minlərlə insanımızın həyatını itirməsi, şəhərlərin, kəndlərin dağıdılıb xaraba qalmasının səbəbkarlarından biri də məhz Zori Balayan idi”.Bunları Newscenter.az-a “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov Zori Balaynın dünyasını dəyişməsi ilə bağlı fikirlərini bölüşərkən səsləndirib. ATXƏM sədri qeyd edib ki, saxta ideologiya müəllifləri gec-tez öz cəzalarını alır, həmin ideologiyanın öz millətləri, xalqları üçün nə dərəcədə ziyanlı, zərərli olduğunu görərək vəfat edirlər: “Əslində bu həm də tarixin, ilahi ədalətin, Tanrının dərsi, görküdür. “Böyük Ermənistan” ideyası və "Miatsum" şüarı ilə yalnış yola çıxıb on minlərlə insanın qanına susayan Balayan həmin saxta ideyasının Ermənistan üçün nə dərəcədə zərərli olduğunu gördü. Bir növ Balayan həmin saxta ideya ilə erməni xalqının qatilinə çevrildi. Əgər zamanında Balayan həmin ideyaları ortaya atıb Azərbaycana qarşı müharibənin başlamasına, nahaq qanların axıdılmasına rəvac verməsəydi, 2020-ci ilin sentyabrında Ermənistan dövləti və erməni cəmiyyəti biabırçı məğlubiyyətə uğrayıb rəzil duruma düşməzdi”.İlham İsmayılov qeyd edib ki, saxta ideologiya yaradanlar bir qayda olaraq öz millətlərinin qatilinə çevrilirlər:“Necə ki, Zori Balayan həyatdaykən bunu öz gözləri ilə gördü ki, onun on minlərin qanı bahasına həyata keçirmək istədiyi saxta ideologiya erməni xalqı üçün hansı fəlakətlərə yol açdı. Məncə həyatda Balayana bundan böyük dərs və cəza ola bilməzdi”. İlham İsmayılov əmindir ki, bir vaxtlar erməni millətinin müvəqqəti qəhrəmanına çevrilən Zori Balayan, bu gün əksər erməni, dünyaya sülh, təhıükəsizlik gözü ilə baxan erməni cəmiyyəti tərəfindən lənətlə anılır:“Çünki Balayanın saxta ideologiyası heç bir tarixi reallığa, həqiqətə söykənmirdi. Bir qayda olaraq isə bu cür ideologiyalar məhvə məhkumdur. Necə ki, Zori Balayanın ideologiyası da məhv oldu və həmin ideologiyanı artıq Ermənistan dövləti qəbul etmir. Çünki həmin saxta ideologiya nəinki Qarabağın güc yolu ilə Ermənistana birləşdirilməsini təmin etmiş oldu, əksinə Qarabağın itirilməsi ilə nəticələndi. Oradakı qondarma, separatçı rejim də tarixin zibilliyinə atıldı. Ümumiyyətlə, bu bir danılmaz faktdır ki, saxta milli qəhrəmanların taleyi hər zaman belə acınacaqlı olur”.ATXƏM sədri sonda onu da qeyd edib ki, 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev həm hərb meydanı, həm də diplomatik müstəvidə, eyni zamanda onlarla xarici media resursuna verdiyi müsahibələrlə müasir dövrümüzdə Zori Balayandan bu tərəfə gündəmə gələn saxta "Böyük Ermənistan" ideyasını ifşa edərək tarixi həqiqətləri bir daha dünyanın diqqətinə çatdırdı:"Eyni zamanda Cənab Prezident Müzəffər Ordusu ilə tarixi həqiqətləri təkzib edən həmin ideologiyanı döyüş meydanında tamamilə məhv etdi, torpaqlarımızı azadlığa qovuşdurdu. Çünki həmin saxta ideologiyalar insanı mütləq əziyyətə qatlaşaraq cavab tədbiri görməyə, qəzəbini, hiddətini büruzə verməyə məcbur edir. Necə ki, 44 günlük Vətən Müharibəsində də Azərbaycan xalqı öz dövləti və Ali Baş Komandanı ətrafında birləşərək bunu həyata keçirdi". Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
newscenter.az

2Sources