EN

Badamdarda sürüşmə: Kəmaləddin Heydərov hadisə yerində - FOTO/VİDEO

Badamdarda sürüşmə: Kəmaləddin Heydərov hadisə yerində - FOTO/VİDEO

Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

AFN.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.

Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.

Hazırda ərazidə monitorinqlər davam etdirilir və sürüşmənin dinamikası mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır. Təhlükəsizlik tədbirləri çərçivəsində sözügedən yolda hərəkətə tətbiq edilən məhdudiyyət qüvvədə qalır.

Chosen
18
44
afn.az

10Sources