EN

Dastin Sleva Jalgiris lə müqavilənin müddətini uzadıb

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Litvanın "Jalgiris" basketbol klubu hücumçu Dastin Sleva ilə müqavilənin müddətini uzadıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, yeni müqavilə 2027-2028 mövsümünün sonunadək qüvvədə olacaq.

Razılaşmaya əsasən, 2027-ci ilin yayında bonus ödənilməsi şərti ilə basketbolçunun transferinə icazə verən bənd də nəzərdə tutulub.

30 yaşlı amerikalı basketbolçunun əvvəlki sözləşməsi birillik idi .

Lakin onun cari mövsümdəki uğurlu çıxışı klub rəhbərliyini müqavilənin müddətini artırmağa vadar edib.

Dastin Sleva bu mövsüm Avroliqada keçirdiyi 35 oyunda orta hesabla 20 dəqiqə meydanda olub. O, hər matçda 6,9 xal, 3,5 ribaund və 1,1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
2
cebheinfo.az

3Sources