Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri idmançılarımız üçün uğurlu nəticələrlə davam edir.
"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Azadə Atakişiyeva lentlə hərəkətlərdə inamlı çıxış edərək qızıl medala sahib çıxıb.
Gimnastımız beynəlxalq yarışda yüksək ustalıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.