EN

Bakının yollarında yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb

Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsindəki tunelin kənarında yağış xəttinə nasos aqreqat quraşdırılmaqla yağıntı nəticəsində yığılmış su kənarlaşdırılıb.

Bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Qeyd olunub ki, Bakı-Ələt-Qazax magistral yolunun 16-cı kilometrliyində də yığılan yağış suları xüsusi nasoslar vasitəsilə kənarlaşdırılıb.

Chosen
27
9
far.az

10Sources