Bakı. Trend:
28 fevraldan bəri ABŞ və İsrailin İrana qarşı hərbi havahücumları fonunda İranın enerji sektoruna 250 trilyon rialdan çox(təxminən 191 milyon dollar) dəyərdə ziyan dəyib.
Trend-inməlumatına görə, bunu İranın energetika nazirinin müavini vəTAVANIR Şirkətinin icra direktoru Mustafa Rəcəbi Məşhədi yerlimediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İranın elektrik sektorundahərbi hava hücumlarında 1,9 min hadisə qeydə alınıb. Bu hadisələrinciddi nəticələri elektrik sektoru əməkdaşları tərəfindən aradanqaldırılıb.
Rəcəbi Məşhədi bildirib ki, əsasən Tehran vilayətinə dəyənziyanlar maksimum şəkildə 1 saat ərzində elektrik verilişindəməhdudiyyətin yaranması ilə nəticələnib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.