EN

ABŞ hərbçiləri İranda: Əməliyyat keçirildi – ŞOK DETALLAR /FOTOLAR

ABŞ ordusunun İranda pilotları xilas etmək üçün həyata keçirdiyi gizli əməliyyat zamanı gözlənilməz texniki problemlər yaşanıb.

“The Telegraph”ın daha əvvəl yayımladığı məlumatların davamı olaraq bildirilir ki, xüsusi təyinatlı dəstələr amerikalı pilotu xilas etdikdən sonra İran ərazisində müvəqqəti əməliyyat bazası qurmağa məcbur olublar. Lakin təxliyə prosesi zamanı ABŞ hərbi təyyarələrində ciddi texniki nasazlıqlar yaranıb.

NOCOMMENT.az xəbər verir ki, təyyarələrin İran hərbçilərinin əlinə keçməsi və texnoloji sirlərin ifşa olunması riskini nəzərə alan ABŞ komandanlığı radikal qərar qəbul edib. Pilotları xilas edən və gözləmə rejimində olan hərbi hava vasitələri amerikalı hərbçilər tərəfindən yerindəcə yandırılaraq və ya partladılaraq tamamilə məhv edilib. Bu addım strateji texnologiyaların Tehranın nəzarətinə keçməməsi üçün atılıb.

Məlumata görə, partlayışlardan sonra İranın hava məkanına daxil olan yeni təyyarələr qrupu həm xilas edilən pilotu, həm də müvəqqəti bazada olan xüsusi təyinatlı şəxsi heyəti uğurla təxliyə edib. Hazırda ABŞ hərbçilərinin İran ərazisini tamamilə tərk etdiyi, lakin bölgədə gərginliyin ən yüksək həddə çatdığı bildirilir. İran tərəfi hələlik öz ərazisində baş verən bu hərbi aktivlik və partladılan təyyarələrlə bağlı rəsmi açıqlama verməyib.

Sara,
NOCOMMENT.az

Chosen
47
nocomment.az

1Sources