“SOCAR Energy Ukraine” şirkəti Ukraynada həyata keçirilən sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirir.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, SOCAR müharibə dönəmində Ukraynada sosial və mədəni layihələrin inkişafına 7 milyon dollara yaxın sərmayə qoyub.
“SOCAR Energy Ukraine” il ərzində yeni sosial layihələri maliyyələşdirməyi planlaşdırır.
Qeyd edək ki, SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” yanacaq bazarında 200 şirkət arasında ən çox vergiödəyicisi kimi ilk 10-luqda yer alıb.