EN

Keşlədə kollektorda nasazlıq yaranıb, ərazidəki evləri su basıb - FOTO

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən ərazidəki evləri su basıb.

APA-nın məlumatına görə, su basmış evlərin bir qismi uzun illər öncə kollektorun üzərində inşa edilib, bu da nasazlığın nəticələrini daha da ağırlaşdırıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar.

Onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış keçiriblər.

Hazırda Fövqəladə Hallar Nazirliyinin, həmçinin kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər.

Keşlədə Keşlədə
Chosen
21
19
apa.az

10Sources