Alimlər gecə qəhvənin qəbulunun impulsiv (düşünmədən, ani hisslərlə və nəticələrini göz önünə almadan hərəkət etməkdir) davranışı artıra biləcəyini və riskli, nəzarətsiz hərəkətlərin ehtimalını aşkar ediblər.
Azreform.info bildirir ki, gecə oyaq qalmaq üçün qəhvəyə müraciət edənlər risk altındadır. Mütəxəssislər bildirir ki, bu cür davranışla səhhətinizə böyük ziyan vurursunuz.
ABÅž-dÉ™ki Texas Universiteti tÉ™rÉ™findÉ™n aparılan yeni araÅŸdırma bu vÉ™rdiÅŸin gözlÉ™nilmÉ™z yan tÉ™sir göstÉ™rÉ™ bilÉ™cÉ™yini ortaya qoyub. AlimlÉ™r gecÉ™ istehlak edilÉ™n qÉ™hvÉ™nin ləğv olunmasını mÉ™slÉ™hÉ™t görür.Â
Tədqiqatçılar qeyd ediblər ki, qəhvə dünyada ən çox istehlak edilən psixoaktiv maddədir və bu məşhur içkinin davranış nəzarətinə təsirini hansı amillərin dəyişdirdiyini aşkar etməyi hədəfləyiblər.
Komanda araşdırmanı milçəklər üzərində aparıb. Milçəklərə müxtəlif dozalarda və vaxtlarda qəhvə verilib. Gündüz qəhvə istehlak edən milçəklərdə heç bir əhəmiyyətli davranış dəyişikliyi müşahidə edilməyib. Lakin gecə qəhvə istehlak edən milçəklər "ehtiyatsız uçuş" kimi impulsiv davranışlar nümayiş etdiriblər.
Eyni zamanda bildirilib ki, qadınlarla kişilərdə də qəhvə içməklə bağlı fərq var. Qadınlar gün ərzində daha az kofein qəbul etməlidirlər. (Axşam.az)