EN

Şimal bölgəsində dağlıq ərazilərə qar yağıb FOTO/VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gündən başlayaraq şimal bölgəsinin dağlıq ərazilərinə qar yağıb.Qubadakı Şimal-Şərq Hidrometerologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ətraf ağ örpəyə bürünüb.Qubanın Qrız kəndində qarın hündürlüyü 20, Xınalıq kəndində 17 sm-ə çatıb. Bölgənin digər ərazilərində isə güclü yağış qeydə alınıb. Fəsadlar barədə hələlik məlumat yoxdur.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
bizim.media

1Sources