EN

Şəmkirdə həmkəndlisini qətlə yetirən 16 yaşlı yeniyetmə saxlanıldı

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəmkirdə həmkəndlisini öldürməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə tutulub.

"Ölkə.az" Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılaraq istintaqa verilib.

Faktla bağlı araşdırmalar davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
3
olke.az

5Sources