EN

Zori Balayan gəbərdi – nifrət ideologiyasının mənfur simasının CİNAYƏT DOSYESİ

Terrorist Zori Balayan gəbərdi.

Bu xəbər sıradan bir şəxsin ölümü deyil. Bu, uzun illər Azərbaycan xalqına qarşı nifrət, saxta tarix və düşmənçilik ideologiyası yayan bir mənfurun həyatının sonudur. Amma onun yazdıqları və yaydığı düşüncə hələ də regionda öz təsirini saxlayır. Baxmayaraq ki, bu murdar məxluq bütün iddia və səfsəfələrinin çöküşünü, məğlubiyyətini də gördü və yaşadı!

NOCOMMENT.az xəbər verir ki, Zori Balayan 10 fevral 1935-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. Yəni taleyin ironiyasıdır ki, o, məhz sonradan düşmənçilik etdiyi torpaqda dünyaya gəlib. Ömrünün böyük hissəsini isə həmin torpaqların Azərbaycan kimliyinə qarşı çıxmağa, bu əraziləri saxta tarix üzərindən “erməniləşdirməyə” həsr edib.

Balayan təkcə yazıçı deyildi. O, publisist, ictimai-siyasi fiqur və Qarabağ separatizminin ideoloji xəttini formalaşdıran əsas simalardan biri idi. Onun fəaliyyəti sovet dövründən başlayaraq 1990-cı illərin qanlı hadisələrinə qədər uzanan bir xətti əhatə edir.

Zori Balayanın adı ilk növbədə onun “Ocaq” (“Очаг”) kitabı ilə yadda qalıb. Bu kitab erməni cəmiyyətində geniş yayılaraq Qarabağla bağlı saxta iddiaların əsas ideoloji mənbələrindən birinə çevrildi.

Balayan bu əsərində açıq şəkildə Qarabağın guya “erməni torpağı” olduğunu iddia edir, Naxçıvanı belə bu iddialara daxil edir, azərbaycanlıları və ümumilikdə türkləri düşmən obrazında təqdim edirdi. Bu, təkcə tarixə münasibət deyildi – bu, gələcək münaqişənin ideoloji xəritəsi idi.

Azərbaycan ictimaiyyəti üçün bu kitab erməni ideoloji hücumunun ilk böyük siqnallarından biri oldu.

Balayanın bu saxta tezisləri cavabsız qalmadı. Hələ 1980-ci illərdə Azərbaycan ziyalıları və milli düşüncəli gənclər bu iddialara qarşı çıxmağa başladılar. Onlardan biri də bu gün Musavat Partiyasının başqanı olan İsa Qəmbər (o zamanlar Qəmbərov) idi.
İsa

İsa Qəmbər gənclik illərində Balayanın iddialarına qarşı çıxaraq, Qarabağın Azərbaycan torpağı olduğunu tarixi və hüquqi əsaslarla müdafiə edən yazılarla çıxış etmişdi. Bu, ideoloji mübarizənin ilk mərhələlərindən biri idi.

Zori Balayan Qarabağ separatizminin ideoloqlarından biri kimi 1988-ci ildə alovlanan “Miatsum” – yəni Qarabağın Ermənistana birləşdirilməsi şüarının əsas müəlliflərindən idi.
Mixail

O, Silva Kaputikyanla birlikdə Moskvada SSRİ rəhbəri Mixail Qorbaçovla görüşərək bu tələbi rəsmi şəkildə irəli sürənlərdən biri oldu. Bu isə artıq ideologiyanın siyasi təzyiq alətinə çevrildiyini göstərirdi.

Balayanın adı Azərbaycan cəmiyyətində Xocalı soyqırımı ilə bağlı ən çox xatırlanan simalardan biridir. O, həmin faciəyə gətirib çıxaran nifrət mühitinin formalaşdırılmasında rol oynayan mənfur ideoloqlardan biri idi.

Xocalı işğal olunan zaman Zori Balayan dinc azərbaycanlıların qətlində və onlara işgəncə verilməsində şəxsən iştirak edib. Bunu sonradan onun yazdığı kitabdan da oxumaq mümkündür. Bu dəhşətli, insanlıqdan kənar sitatı oxuyun. Bu erməni şərəfsizi, canisi 1996-cı ildə nəşr olunan “Ruhumuzun canlanması” adlı əsərində Xocalı soyqırımına haqq qazandırır və bu şəhərdə azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyini fəxrlə etiraf edir:

“Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz on üç yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı yeddi dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və biz bu hərəkəti üç türk uşağına da tətbiq elədik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim”…
Tomas

Qərb tədqiqatçısı Tomas de Vaal da Balayanın rolunu açıq şəkildə qeyd edir. Onun “Black Garden” əsərində Balayan Qarabağ hərəkatının ideoloji sütunlarından biri kimi təqdim olunur.

De Vaal vurğulayır ki, Balayan kimi fiqurlar emosional millətçiliyi alovlandıraraq münaqişənin dərinləşməsinə səbəb olan əsas şəxslərdən biri olub.

Zori Balayanın adı Azərbaycan hüquq-mühafizə orqanlarının da diqqətində olub. Onun barəsində müxtəlif ittihamlar üzrə cinayət işi açılmışdı. Xüsusilə 1994-cü ildə Bakı metrosunda törədilmiş terror aktı ilə bağlı onun adı hallandırılmışdı.

2005-ci ildə Balayanın İtaliyada saxlanıldığı, müəyyən müddət sonra sərbəst buraxıldığı barədə məlumatlar yayılmışdı. Azərbaycan tərəfi onu beynəlxalq axtarışa vermişdi. Lakin bu proses beynəlxalq hüquqi müstəvidə yekun nəticəyə gətirib çıxarmadı.
Zori

Zori Balayanın fəaliyyəti bir həqiqəti açıq göstərir: müharibələr əvvəlcə ideologiyada başlayır.

O, doğulduğu Xankəndidən başlayaraq həmin torpaqlara qarşı ideoloji mübarizə aparan, saxta tarix yazan və düşmənçilik toxumu səpən fiqurlardan biri idi. Onun yazdıqları sonradan nifrətə, nifrət isə müharibəyə çevrildi.

Onun ardınca erməni terroru gəldi. Onun ardınca Qarabağ işğalı gəldi. Onun ardınca Xocalı faciəsi baş verdi.

Zori Balayan öldü. Təmsil etdiyi xəttin – yalan, saxta tarix və etnik nifrət, türk düşmənliyi xəttinin can çəkişdiyi, iflas etdiyi, Azərbaycan dövlətinin zəfər qazandığı bir mərhələdə bu itin gəbərməsi bir qədər də simvolikdir. Belə adamların ən böyük cəzası, Azərbaycana və xalqımıza qarşı törətdiyi cinayətlərin öcü Qarabağ zəfəridir, erməni mifinin və yalanlarının, “miatsum”, “artsax” iddialarının məhv edilməsidir.

Atəşi bol, cəhənnəmi dar olsun!

musavat.com

Chosen
9
1
nocomment.az

2Sources