EN

Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? – VİDEO

Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.

KONKRET.az Xəzər TV-yə istinadla xəbər verir ki, son dövrlərdə skuter kimi kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənlərin sayında kəskin artım müşahidə olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, bu nəqliyyat vasitələri səssiz və sürətli hərəkət etdiyi üçün piyadalar üçün ciddi təhlükə yaradır. Nəqliyyat eksperti Yasin Mustafayev isə qeyd edib ki, skuterlərə marağın artması sevindirici hal olsa da, qayda pozuntularının çoxalması qəza riskini kəskin yüksəldir.

Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən kiçik elektik nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla, eyni zamanda, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etməsi qadağandır. Belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.

Chosen
1
6
konkret.az

7Sources