EN

Şəmkirdə gənc oğlan qətlə yetirilib, 16 yaşlı şəxs saxlanılıb

Şəmkirdə qətlə hadisə baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki rayon sakini 2007-ci il təvəllüdlü R.Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb.

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
14
far.az

10Sources