EN

Serj Sarqsyan Ermənistanda parlament seçkilərində iştirak etməyəcək

Ermənistan Respublika Partiyasının sədri, ölkənin üçüncü prezidenti Serj Sarqsyan qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyini təsdiqləyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o bu barədə partiyasının 18-ci qurultayından əvvəl açıqlama verib.

 

Müxalifət qüvvələrindən hansını - Samvel Karapetyanı, yoxsa Arman Tatoyanı dəstəkləyə biləcəyi ilə bağlı sualı cavablandıran Sarqsyan bildirib ki, bu barədə bu gün seçkilər ərəfəsində keçirilən Ermənistan Respublika Partiyasının növbəti qurultayında elan ediləcək.

 

O, həmçinin qeyd edib ki, Ermənistan Respublika Partiyası bütün müxalifət qüvvələrini dəstəkləyir.

 

Chosen
21
6
senzor.az

10Sources