EN

İtaliyada nüfuzlu mafiya üzvü saxlanılıb

İtaliya Daxili İşlər Nazirliyinin ən təhlükəli mafiya üzvləri siyahısına daxil edilən Roberto Matsarella saxlanılıb.

Azreform.info xəbər verir ki, 48 yaşlı mafiya üzvü Amalfi kurort şəhərində yerləşən lüks villada həbs edilib.

Məlumata görə, o, Pasxa bayramını həyat yoldaşı və iki övladı ilə keçirmək üçün saxta sənədlərlə qeydiyyatdan keçib. Polis onun evində axtarış zamanı bahalı saatlar, təxminən 20 min avro nağd pul, saxta sənədlər, smartfonlar və maliyyə hesabatlarına aid sənədlər aşkarlayıb.

Qeyd edək ki, Matsarella 2000-ci ildə Neapolda Antonio Mayonenin qətlinin sifarişində ittiham olunur. Mayone qisas məqsədilə öldürülüb. O, Roberto Matsarellanın atası Salvatore Matsarellanı qətlə yetirmiş killerin qardaşı olub.

Bu qətlin icraçıları və sifarişçisi 24 il sonra müəyyən edilib və 2025-ci il yanvarın 28-də Roberto Matsarellanın saxlanılması üçün order verilib. Həmin vaxt o, həbsdən yayınaraq gizlənə bilmişdi.

Roberto Matsarellanın klanı Neapolda çirkli pulların yuyulması ilə məşhurdur və "Kamorra" mafiyasının strukturuna daxildir.(oxu.az)

Chosen
17
7
azreform.info

10Sources