Futbol üzrə İspaniya La Liqasında XXX turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş baş tutub.
Çempionluq uğrunda mübarizə aparan “Real Madrid” gözlənilmədən səfərdə “Malyorka”ya 1:2 hesabı ilə uduzub.
Turun mərkəzi oyunu Madriddə reallaşıb. Lider “Barselona” “Atletiko”nun qonağı olub. Matç Kataloniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:2.