İtaliya çempionatının 31-ci turunda “Latsio” öz meydanında “Parma” ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşün ilk hissəsində Roma təmsilçisi topa daha çox nəzarət edib və rəqib qapısı qarşısında daha təhlükəli epizodlar yaradıb. Buna baxmayaraq, hesabı qonaq komanda açıb. Matçın 15-ci dəqiqəsində Enriko Del Prato fərqlənib.
“Latsio” məğlubiyyətdən 77-ci dəqiqədə xilas olub. Ticani Noslin hesabı bərabərləşdirib, məhsuldar ötürmənin müəllifi isə Kennet Teylor olub.
Bu nəticədən sonra “Latsio” xallarının sayını 44-ə çatdırıb və A Seriyasının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Parma”nın aktivində isə 35 xal var və komanda 12-ci yerdədir.
Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda paytaxt təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlmişdi.