EN

Ərdoğan HƏMAS nümayəndələri ilə nəyi müzakirə edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HƏMAS Siyasi Bürosunun nümayəndə heyətini qəbul edib. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb. "Qəbulda Qəzzadakı son vəziyyət müzakirə edilib", - məlumatda bildirilib.

Qeyd edək ki, martın 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Mətləb

Chosen
11
11
sia.az

10Sources