EN

ABŞ-də benzinin qiyməti son dörd ilin ən yüksək səviyyəsinə yüksəlib

Bakı. Trend:

ABŞ-də benzinin orta qiyməti bir qallon (təxminən 3,8 litr) üçün4,1 dolları ötərək tarixdə ikinci ən yüksək göstəriciyə çatıb.

Trend xəbər verir ki, bubarədə ABŞ Avtomobil Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində benzin daha 2 sentbahalaşaraq 4,104 dollara, dizelin qiyməti isə 5,58 dollarayüksəlib. Kaliforniyada isə benzin orta hesabla 5,9 dollarasatılır.

Hazırda təxminən 20 ştatda qiymət 4 dollardan yuxarıdır. ABŞtarixində yalnız bir dəfə – 2022-ci ilin mayında bütün ştatlarda buhədd aşılmış, daha sonra iyun ayında qiymətlər 5 dolları keçərəkrekord səviyyəyə çatmışdı.

2008-ci ilin iyulunda neftin kəskin bahalaşması fonunda benzinqiyməti 4,1 dolları bir qədər keçmişdi. Cari göstərici həminsəviyyəni geridə qoyaraq tarixdə ikinci ən yüksək qiymət kimi qeydəalınıb.

Benzin qiymətlərində artım Yaxın Şərqdəki gərginlik səbəbindənbir çox ölkələrdə müşahidə olunur. Münaqişənin şiddətlənməsinəticəsində Hörmüz boğazı vasitəsilə gəmi daşımaları demək olar ki,dayanıb. Halbuki bu marşrut dünya üzrə neft, neft məhsulları vəmayeləşdirilmiş qaz tədarükünün təxminən 20 faizini təşkiledir.

Chosen
23
50
az.trend.az

10Sources