Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Samsung"un istifadəçilərə rahatlıq məqsədi ilə təqdim etdiyi son proqram yeniləməsi ciddi problemlərə yol açıb. "Samsung Bespoke" seriyalı paltaryuyan-qurudan maşınların sahibləri yenilənməni quraşdırdıqdan sonra "yumağa başla" düyməsinin yoxa çıxdığını aşkar ediblər.Cihazların menyusu tamamilə boşaldığı üçün istifadəçilər yuma parametrlərini seçə bilməyiblər. Məlumata görə, bəzi müştərilər dizayn mövzusunu dəyişməklə problemi həll etsələr də, bir çoxu cihazı bir neçə dəfə zavod parametrlərinə qaytarmaq məcburiyyətində qalıb. Bu isə bütün fərdi sazlamaların silinməsi deməkdir.Qeyd edək ki, bu, texnologiya nəhənginin proqram təminatı ilə bağlı ilk qalmaqalı deyil. Ötən ilin sentyabrında "Samsung Family Hub" soyuducularının ekranları yenilənmədən sonra reklam axınına məruz qalmışdı. 2024-cü ildə isə şirkətin smartfonlarında yaranan proqram xətası cihazların sonsuz yenidən yüklənmə dövrünə girməsinə və bütün məlumatların itirilməsinə səbəb olmuşdu.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.