EN

Tayvan sahillərində güclü zəlzələ baş verdi

Tayvan sahillərində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri əhalisi 1 milyon nəfərdən çox olan Tayçjun şəhərindən 99 km şərqdə, zəlzələ ocağı isə 18 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Chosen
6
50
manset.az

3Sources