EN

Türkiyə çempionatında nadir hadisə

Türkiyənin Superliqasının 28-ci turu çərçivəsində keçirilən "Kasımpaşa" – "Kayserispor" oyunu nadir hallarda rast gəlinən qolla yadda qalıb.

Publika.az xəbər verir ki, "Kasımpaşa" komandasının qapıçısı Andreas Gianniotis qapıdan-qapıya qol vurub.

Matçın 66-cı dəqiqəsində öz cərimə meydançasından təxminən bir metr aralıdan uzaq məsafəyə zərbə endirən qapıçının vurduğu top rəqib cərimə meydançasında yerə dəyərək "Kayserispor"un qolkiperi Bilal Bayazitin üzərindən tora daxil olub.

Chosen
19
13
publika.az

10Sources