EN

İrandan qayıdan ailənin 8 üzvü faciəvi şəkildə HƏLAK OLDU

Əfqanıstanda baş verən 6 ballıq zəlzələ İrandan qayıdan bir qaçqın ailəsinin səkkiz üzvünün həyatına son qoyub.

Publika.az xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.

Bildirilib ki, ailənin sağ qalan yeganə üzvü - üç yaşlı oğlan uşağı xəsarət alıb və hazırda Kabil xəstəxanasında müalicə olunur.

"Bu yaxınlarda qonşu İrandan qayıdan şəxslər cümə günü (3 aprel) axşam saatlarında baş verən təkanlar nəticəsində həlak olublar. Xilasetmə işlərində iştirak edən qonşu Möhibulla Niazi ailənin faciəvi taleyini təsdiqləyib", - deyə nəşrdə qeyd olunur.

Chosen
2
2
publika.az

7Sources