EN

ABŞ müdafiə naziri Heqseth vəzifəsindən azad ediləcək?

ABŞ mediasında Müdafiə naziri Pit Heqsetin vəzifəsindən uzaqlaşdırıla biləcəyi ilə bağlı iddialar yayılıb.

Turkustan.az xəbər verir ki, “New York Post” qəzetinə danışan mənbələr Ordu Baş Qərargah rəisi Rendi Corcun “dərhal təqaüdə çıxacağı” barədə xəbərlərin ardından Heqsetlə bağlı diqqətçəkən məlumatlar paylaşıblar.

Mənbələrin sözlərinə görə, Heqset ilə Ordu katibi Den Driskol arasında fikir ayrılığı mövcuddur. Bildirilir ki, Ağ Ev Heqsetə hələlik Driskolu vəzifədən azad edə bilməyəcəyini çatdırıb.

Eyni zamanda iddia olunur ki, Heqset öz vəzifəsini itirə biləcəyindən narahatdır və Driskolun bu posta əsas namizəd olduğunu düşünür. Mənbələr qeyd edir ki, bu səbəbdən Heqset Driskola yaxın hesab etdiyi şəxslərə qarşı sərt mövqe sərgiləyir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
22
37
turkustan.az

10Sources